reklam
"Neftçi" Səlahət Ağayevi Türkiyəyə göndərir

"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyədə əməliyyat olunacaq.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Zirə” ilə oyunöncəsi məşqdə zədələnən qapıçıya sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu qoyulub.  

O, sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Əməliyyat "Acıbadəm” xəstəxanasında keçiriləcək.