reklam
"İnter" futbolçularının səbr kəsası doldu: "Bu həftə də pulumuzu verməsələr, nə edəcəyimi bilirəm"

Son 3 ildə maliyyə problemlərindən əziyyət çəkən, futbolçuların maaşlarını ödəyə bilməyən "İnter"də vəziyyət olduqca qəlizləşib.

İdmanxeber.com-a açıqlamasında "bankirlər"in kapitanı Nizami Hacıyev bu həftə hər şeyin cavabının bilinəcəyini söyləyib. Həftə sonu maaşlarının ödənilməsi ilə bağlı vəd aldıqlarını bildirib: "Bu həftə artıq sondu, ya, hə, ya yox. Söz veriblər. Əgər pulumuzu verməsələr, daha getməyəcək. Klub prezidenti ilə münasibətmiz çox yaxşıdı. İnanmıram ki, daha problem yaransın, məncə də həqiqətən məsələlərin 98 faizi həll olunub. Ancaq bu dəfə də pulumuzu vermələr, nə edəcəyimi bilirəm.  Zaur müəllimə danışacam və deyəcəm ki, sizlik burda bir şey yoxdu. Amma mən daha oynamıram. Düşünürəm ki, komanda yoldaşlarım da mənimlə eyni fikirdədilər. Çünki pulsuz oynamaq daha mümkün deyil",