reklam
Məşhur futbolçu boksçu olur - <font color=#ff0000>FOTO</font></strong>

Məşhur futbolçu boksçu olur - FOTO

TARIX /

Yunayted”in sabiq futbolçusu Rio Ferdinand özünü başqa idman növündə sınamağa qərar verib.

İdmanxeber.com-un məlumatına görə, keçmiş müdafiəçi peşəkar boksçu olacaq. Ferdinandın boksla məşğul olduğunu bu gün rəsmən açıqlayacağı gözlənilir. İngiltərə yığmasının sabiq futbolçusu yanvarda boks məşqindən çəkilmiş videonu paylaşmışdı. O, zarafatyana şəkildə Entoni Coşua, Devid Hey və Toni Belyu kimi tanınmış idmançıları duelə dəvət etmişdi.

Qeyd edək ki, “Mançester Yunayted”lə yanaşı, “Vest Hem”, “Bornmut”, “Lids Yunayted” və “Kuinz Park Reyncers” klublarında da oynamış Rio Ferdinand futbolçu karyerasını 2015-ci ildə başa vurub.