reklam
"CBC Sport" Türkiyə Superliqanın oyunlarını niyə hələ də yayımlamır?

Bir müddət əvvəl "CBC Sport" kanalı Türkiyə çempionatının oyunlarını canlı yayımlayacağı barədə xəbərlər yaymışdı.

İdmanxeber.com-un məlumatına görə, həmin hadisənin üstündən 2 həftə keçməsinə baxmayaraq TV-dən səs-soraq çıxmadı. Superliqanın oyunlarını "CBC Sport"un yayımlayacağı xəbərini sosiyal şəbəkələrdəki şəxsi profillərində elan edən kanal işçilərinin də məsələ ilə bağlı artıq heç bir işarə verməməsi də ağıllarda sual işarəsi yaradıb? Həqiqətənmi, kanal Türkiyə çempionatının oyunlarını canlı yayımlayacaq? Yoxsa ki, sonradan hər hansısa problemlər çıxıb? Bu suala cavab tapmaq üçün sözügedən kanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Təcrübəli şərhçi bu haqda çox danışmaq istəmədi: "İnşallah, alınacaq. Hələ ki, iş gedir. Texniki səbəblərə görə gecikirik".