reklam
"Barselona"nın hazırkı futbolçusu milli komandamızın baş məşqçisini özünə kumir görür

"Barselona"nın futbolçusu İvan Rakitiç "Marca"ya müsahibəsində maraqlı məqamlara toxunub.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi millimizin hazırkı baş məşçqisi Robert Prosineçkiyə kumiri kimi baxdığını söyləyib. Bundan başqa o, şəxsi həyatı ilə bağlı da müəyyən sözlər işlədib:

"Atamla anam xorcatiyalıdır. Valideynlərim Bosniyada baş verən müharibələrdən sonra İsveçrəyə köçmək məcburiyyətində qalıblar. Məndə orada böyüdüm və Robert Prosineçkiyə azarkeşlik etməyə başladım". Prosineçki “Real”, “Barselona” və “Sevilya”da oynayıb. O, xorvatlar üçün qəhrəmandır".