reklam
Roberto Karlos superliqa klubuna qayıdır

Roberto Karlos superliqa klubuna qayıdır

TARIX /

Baş məşqçisi Rza Çalımbayı istefaya göndərən "Antalyaspor" boş qalan posta məşhur simanı gətirməyi planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, klub braziliyalı sabiq müdafiəçi Roberto Karlosla anlaşmağa çox yaxındı. Superliqada "Fənərbaxça" forması geyindikdən sonra "Sivasspor" və "Akishar"ın baş məşqçisi postuna gətirilən 44 yaşlı veteran oyunçunun "Antalyaspor" rəhbərliyi ilə artıq görüşü baş tutub.

Məsələnin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.