reklam
Rövnəq Abdullayev: "Ümidvaram ki, Çempionlar Liqasının finalı gözəl Bakımızda keçiriləcək"

Çempionlar Liqası və Avropa Liqasının 2018/19 mövsümünün final oyunlarının keçiriləcəyi yer bu gün müəyyənləşəcək. 

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev həlledici matçlara namizədliyi verilən Bakı Olimpiya Stadionunun şansını dəyərləndirib.

O, Neftçilər gününə həsr olunan tədbirdəki çıxışı zamanı Çempionlar Liqasının finalının məhz Azərbaycanın ən böyük idman qurğusuna veriləcəyinə ümid etdiyini gizlətməyib: “Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Ümidvaram ki, UEFA da Neftçilər gününə hədiyyə edəcək və Çempionlar Liqasının finalı bizim gözəl Bakımızda keçiriləcək”.

Qeyd edək ki, Çempionlar Liqasının final oyununun keçirilməsinə Bakı ilə yanaşı, Madrid də iddia edir.