reklam
"Yuventus" hakimlər tərəfindən dəstəklənir, ona görə bu klubdan zəhləm gedir"

"Roma"nın futbolçusu Radji Nainqqolan maraqlı açıqlamaları ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, İtaliya mətbuatına müsahibəsində Belçikalı futbolçu A Seriyasındakı əsas rəqiblərindən "Yuventus" haqda danışıb. "Qoca sinyora"nın güclü komanda olduğunu bildirən 29 yaşlı oyunçu, buna rəğmən çempionun özləri olacağına ümid etdiyini söyləyib: "Roma"da oynamaqdan xoşbəxtəm. Çempion olacağıq. "Yuventus" da yaxşı komandadı. Ancaq daha çox hakimlər tərəfindən dəstəklənir. Ona görə bu komandadan zəhləm gedir"