reklam
Dino Ndlovu CAR millisindən dəvət aldı

Dino Ndlovu CAR millisindən dəvət aldı

TARIX /

“Qarabağ”ın hücumçusu Dino Ndlovu uzun fasilədən sonra CAR yığmasına çağırılıb. 

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı futbolçu Ağdam klubundakı oyunu ilə millinin baş məşqçisi Stüart Baksterin diqqətini cəlb edə bilib.

“Bafana Bafana”nın çalışdırıcısı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Burkina Faso ilə keçirəcəkləri oyunda Ndlovunun da xidmətindən yararlanmaq niyyətindədi. Bu səbəbdən o, ötən ildən “Qarabağ”ın formasını geyinən forvardın adını 25 nəfərlik siyahıya daxil edib.
 
CAR millisi Burkina Faso ilə oktyabrın 7-də Yohannesburqda qarşılaşacaq.
 
Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib.