reklam
Samir Abasov Serbiyada

Samir Abasov Serbiyada

TARIX /

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması məqsədi ilə Serbiyaya yollanıb. 

Idmanxeber.com-un klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı təcrübə proqramının növbəti mərhələsini “Voyvodina”nın düşərgəsində keçirəcək. Bu, 18-21 sentyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Abasovun rəhbərlik etdiyi “Sumqayıt” komandası Azərbaycan Premyer Liqasının cari mövsümündə 5 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.