reklam
Türkiyə klubundakı məşhur məşqçi istefa verdi

Türkiyə birinci liqasında çıxış edən “Əskişəhərspor”un baş məşqçisi Sərgən Yalçın istefa verib.

İdmanxeber.com-un məlumatına görə,  Türkiyə millisinin sabiq üzvü ölkə kubokunun “Ərzincanspor”la oyunundan öncə qərarını açıqlayıb. 

O, “A Spor”a açıqlamasında istefasının səbəbi kimi klub rəhbərliyinin verdiyi sözləri yerinə yetirməməsini göstərib.

Qeyd edək ki, Sərgən Yalçın yay fasiləsində  “Əskişəhərspor”a keçmişdi. Komanda onun rəhbərliyi altında bu mövsümə ilk 5 turdan sonra 3 xalla 17-ci pillədə qərarlaşıb.