reklam
"Qarabağ" - "Roma" matçı Azərbaycan futbolu üçün yeni rekord olacaq

UEFA Çempionlar Liqasının qrup mərəhləsinin II turunun görüşləri çərçivəsində Bakı Olimpiya stadionunda "Roma" ilə qarşılaşacaq "Qarabağ"ın oyununda anşlaq olması gözlənilir.

İdmanxeber.com-un məlumatına görə,  58 000 biletin indidən satıldığı oyuna marağın böyük olacağı heç kimdə şöbhə doğurmur. Hətta matç gününə 5 gün qaldığı bir müddətdə biletlərin hamısının satılıb quratacağı da istisna olunmur. Bununla belə artıq "Qarabağ" - "Roma" matçında yeni rekordun qeydə alınacağı dəqiqdi. Belə ki, hələ indiyə qədər nə milli komandamızın, nə də hər hansı klubumuzun Avrokubok qarşılaşmalarını stadiondan 58 000 və ya artıq sayıda azarkeş izləməyib. Ən yaxşı göstərici 2015-ci ilə təsadüf edir ki, həmin vaxt AVRO 2016-nın seçmə mərhələsinin görüşləri çərçivəsində İtaliya yığması ilə üz-üzə gələn millimizin məğlubiyyətinə stadiondan 48 000-dəna artıq azarkeş şahid olmuşdu. 

Klublarımızdan azarkeş sayına görə ən yaxşı göstərici isə "Qarabağ"a məxsusdu. Cari mövsüm qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Tofiq Bəhramov"da "Kopenhagen"i qəbul edən  Ağdam təmsilçisinin matçını izləmək üçün 31 200 tamaşaçı arenaya toplaşmışdı. Bu rəqəm stadionun ümumi azarkeş tutumu ilə eynidi.