reklam
PSJ-nin baş məşqçisi Kavani və Neymar arasında seçim etdi

PSJ-nin baş məşqçisi Unay Emeri Edinson Kavani və Neymar arasında yaşanan problemə son qoyub.

İdmanxeber.com-un məlumatına görə, sonuncu turda "Lyon"la görüşdə penaltini yerinə yetirmək üstündə aralarında söz-söhbət düşən iki futbolçunun məsələsini təcrübəli mütəxəssis yoluna qoymağa çalışıb. O, sözügedən matçda Neymar və Kavani arasında söz diyaloqunun yaşandığını, lakin mövzunun çox da ciddi olmadığını söyləyib: "Belə şeylər hər oyunda mümkündü. Ancaq penalti məsələsinə bir yol tapmaq lazım idi. Ona görə də, oenalti zərbələri zamanı ilk vuruşu Kavani yerinə yetirəcək. Növbəti zərbə isə Neymarındı".

Qeyd edək ki, iki futbolçu arasındakı mübahisədən sonra Neymar sosiyal şəbəkələrdəki şəxsi hesabında Kavanini izləməkdən imtina edib.