reklam
"Kukesi"nin baş məşqçisi: "Rauf ulduz deyil, biz onu yaxşı futbolçu bilib, almışıq"

Son Albaniya çempionu "Kukesi"nin baş məşqçisi Mladen Milinkoviç millimizin futbolçusu Rauf Əliyev haqda fikirlər səsləndirib.
İdmanxeber.com-un məlumatına görə, sözügedən klubun şərəfini qoruyan hücumçumuz barədə klubun rəsmi saytına danışan çalışdırıcı Əliyevi yaxşı futbolçu adlandırıb: "Biz onu ulduz futbolçu kimi gətirməmişik. Yaxşı futbolçu bilib, almışıq. Ümumiyyətlə "Kukesi"nin ulduz futbolçusu yoxdu. Bununla belə yaxşı oyunçularımız var. Rauf da onlardan biridi. . Düşünürəm ki, o  tezliklə ilk qolunu vuracaq və ardı kəsilməyəcək".