reklam
"Kəpəz"in futbolçusu: "Bundan uzaq olmaq lazımdı"

“Oyuna ciddi hazırlaşmışıq, hər şey yaxşıdır. Matçı gözləyirik”.


İdmanxeber.com-un məlumatına görə, vu sözləri  “Kəpəz”in futbolçusu Novruz Məmmədov klubun rəsmi saytına açıqlamasında deyib.

O, bu gün Azərbaycan Premyer Liqanın 6-cı turunda “Səbail”ə qarşı keçirəcəkləri oyun haqda danışıb: “Qarşılaşmaya köklənmə yerindədir. Ümumiyyətlə, hər oyuna motivasiyamız olur. Sadəcə, şansızlıq yaşayırıq. Psixoloji cəhətdən vəziyyət normaldır. Bəri başdan nəsə demək çətindir, amma “Səbail”ə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. “Kəpəz”in tarixi böyükdür. “Səbail” isə yeni yaranan klubdur. Rəqib debütant olmasına baxmayaraq üstün cəhəti var. Bu da turnir cədvəlində bizdən yuxarıda olmasıdır. Odur ki, komandamızın qələbəyə böyük ehtiyacı var. Üç xal qazanmalıyıq ki, autsayder mövqeyindən xilas ola bilək. Əsas məqsədimiz budur”.
 
Topaz Premyer Liqasının V turu Novruz Məmmədov üçün əlamətdar olub. 27 yaşlı müdafiəçi “Qarabağ”la səfər matçında Azərbaycan çempionatında 200-cü oyununa çıxıb. Məmmədov bu barədə də fikirlərini bildirib: “Çempionatda daha çox oyun keçirmək istəyirəm. Amma ən önəmlisi çıxış etdiyim komandalara faydalı olmaqdır. Əsas məqsəd budur. Bu gün “Kəpəz”də oynayıramsa, bu klubun uğurları üçün səy göstərməliyəm. Karyerama yeni başlayanda bu qədər oyun sayını fikirləşə bilməzdim. Çünki sabah nəyin necə olacağını heç kim bilmir. Zədə alması oyunçunun karyerasını tez başa vurmasına səbəb ola bilər. Bundan uzaq olmaq lazımdır. 200 oyun keçirdiyim üçün çox şadam. Digər tərəfdən statistika elə də böyük önəm daşımır. Oyun sayı yox, əsas olan futbolçunun komandaya xeyir verməsi, titul, uğur qazanmasıdır. Amma yenə də daha uzun illər oynamaq və inkişaf etmək istəyirəm”.