reklam
Rəşad Sadiqov "Qəbələ" azarkeşlərinə barmaq silkələdi

Hazırda davam edən "Qəbələ" - "Neftçi" qarşılaşmasında qonaqların futbolçusu Rəşad Sadiqov və yerli azarkeşlər arasında problem yaşanıb.

İdmanxeber.com-un Qəbələ şəhər stadionuna ezam olunan müxbirinin verdiyi məlumata görə, matç zamanı sabiq komandasının azarkeşləri tərəfindən xoş olmayan sözlər eşidən Sadiqov onlara barmaq silkələyərək cavab qaytarıb. Bu hərəkət yerli azarkeşlərin narazılığına səbəb olub.