reklam
Tərlan Əhmədov: "Elə hücumu neynirəm?"

Tərlan Əhmədov: "Elə hücumu neynirəm?"

TARIX /

"Deyə biləcəyim elə bir şey yoxdu. Komandam mübarizə apardı. Görüləcək iş o qədər çoxdu ki... Fiziki cəhətdən bir az düzəlməyə çalışırıq, ancaq psixoloji cəhətdən çətinlik çəkirik. Ümumilikdə qarşılaşmadan razı qaldım. Əks hücumlarda rəqib bizi yaxalamağa çalışırdı. Futbolçu baxımından kəsadıq. Elnur Cəfərov zədə prosesindən sonra tam uyğunlaşa bilməyib. Qışa qədər çalışacağıq ki, komandanın oyun üslubunu tam olaraq düzəldək və nəticələr qazanaq".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə matç sonrakı keçirilən mətbuat konfransında deyib. Əhmədov əsasən oyunu cinahlardan qurmaq istəklərindən danışıb: "Futbol əsasən cinahlardan qurulur. İstəmişəm ki, cinah müdafiəçilərimiz hücumda olsun. Oyunçularımız hücumlara qoşulur, 10 ötürmənin hamısını rəqibə verir. Elə hücumu nəynirəm? Emin Mahmudov 20 günə yaxındı ki, məşq etməyib. Onu qısa müddət ərzində hazırlamağa çalışmışıq. Hər halda o, yaxın günlərdə öz formasını bərpa edəcək, buna inanıram. Ümumilikdə onun çıxışını qənaətbəx hesab edirəm".