reklam
Roman Qriqorçuk "Neftçi" üzərində qələbəni şərh etdi

"Hesabda öndə olarkən fərqi artıra bilərdik. Təəssüf ki, oyunçularımız arxayınlaşdılar. Təbii ki, bu yaxşı hal deyil. Hesabda öndə olsan da, sənin qol vurmaq istəyin olmalıdı. Əfsuslar olsun ki, ardını gətirə bilmədik. Qələbəyə görə şadam".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi" ilə matçdan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Təcrübəli mütəxəssis oyunu bu cür dəyərləndirib: "Deməzdim ki, ikinci hissədə pis oynadıq. Sadəcə əlimizə düşən növbəti fürsətlərdən yararlanmadıq. Müdafiədə də müəyyən səflərimiz oldu. Komandada olan əksikləri aradan qalldırmağa çalışacam".