"Qarabağ" - "Roma" matçında oynanılacaq top - FOTO

Oxunma: 331 TARIX /

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək "Qarabağ" - "Roma" oyununun rəsmi topu hazırdır.

İdmanxeber.com-un xəbərinə görə, bu barədə Ağdam klubunun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq. Sözügedən oyun üçün satışa çıxarılan bütün biletlər satılıb.