reklam
Ruslan Qurbanov: "Ona görə də Monroz məni vurdu"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, "Qəbələ"nin futbolçuları Ruslan Qurbanovla Stiven Monroz arasında oyun başa çatan kimi insident yaşanıb. Matçdan sonra Ruslan Qurbanov Monrozla aralarında baş verən qalmaqal barədə danışıb:

"Bir epizodda topu götürdü, mən ondan ötürmə istəsəm də, vermədi. Monroz mənə "ağzını yum" dedi. Oyundan sonra yaxınlaşıb dedim ki, sən komandada tək deyilsən. Burda kloun səhnəsi qurmağına lüzum yoxdu. O da məni vurdu".