reklam
I Divizon: püşk atıldı, ilk turda "Sabah" - "Binə" matçı

Bu gün birinci divizionda 2017/18 mövsümünün püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, cari mövsüm aşağı liqada 10 komanda mübarizə aparır ki, onlardan 4-ü - “Şüvəlan”, “Binə”, “Xəzər” və “Sabah” çempionatın debütantlarıdır.

İlk turda aşağıdakı komandalar üz-üzə gələcək:

“Xəzər” - “Mil-Muğan”

“Turan-Tovuz” - “Şüvəlan”

“Ağsu” - “Zaqatala”

MOİK - “Qaradağ-Lökbatan”

“Sabah” - “Binə”

Qeyd edək ki, mövsümün açılış turu oktyabrın əvvəlində oynanılacaq.