reklam
Rüfət Dadaşov: "Prosineçki gələndən sonra vəziyyət dəyişdi"

“Het-trik etməyim əla oldu. Ancaq məni daha çox nəticə, komandamın qələbəsi maraqlandırır".
 
İdmanxeber.com-un məlumatına görə, bu sözləri milli komandamızın sabiq hücumçusu Rüfət Dadaşov Almaniya mətbuatına açıqlamasında deyib.
 
Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən "Dinamo"nun hücumçusu son turda “Bautzen”ə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə 3 qol vurub.
 
Bununla bağlı fikirlərini bildirən 26 yaşlı futbolçu millimizdə çıxış etdiyi vaxtları da xatırlayıb: “Berti Foqts millinin baş məşqçisi olanda mənə dəvət göndərirdi. Amma Prosineçki gələndən sonra vəziyyət dəyişdi. O,  3-cü və daha aşağı liqalarda çıxış edən futbolçulara dəvət göndərmir”.
 
Almaniya mətbuatı Rüfət Dadaşovun het-trik etməklə özünü Robert Prosineçkiyə ən yaxşı şəkildə sübut etdiyini yazıb.
 
Qeyd edək ki, 2013-2014-cü illərdə millimizdə çıxış etmiş Rüfət Dadaşov 16 oyunda 4 qol vurub.