reklam
"Mançester Siti" əsas heyət üzvünü itirdi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində "Şaxtyor"la qarşılaşacaq "Mançester Siti" ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, "şəhərlilər"in heyətində Vensan Kompani ikinci turun oyunlarını buraxmaq məcburiyyətində qalacaq. İngiltərə klubunun baş məşqçisi Pep Qvardiolanın verdiyi informasiyaya əsasən, belçikalı müdafiəçi oyuna hazır deyil.

Qeyd edək ki, "Mançester Siti" - "Şaxtyor" görüşü bu gün keçiriləcək.