reklam
"Beşiktaş" oyunu öncəsi "Leipsiq"in baş məşqçisinin başına gələn

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun görüşləri çərçivəsində "Beşiktaş"la qarşılaşacaq "Leipsiq" komandasının baş məşqçisi Ralf Hasenyottolun İstanbul hava limanında başına maraqlı hadisə gəlib.

İdmanxeber.com-un məlumatına görə, Almaniya klubunun bütün heyət üzvləri və rəsmiləri rahatlığla Türkiyəyə keçsələr də, çalışdırıcının viza problemi ortaya çıxdığından uzun müddət liman işçiləri tərəfindən gözlədilib. Daha sonra məsələ öz həllini tapdıqdan sonra baş məşqçi komandasının yanına buraıxlıb.