reklam

“Sumqayıt” Premyer Liqada 300-cü qolunu buraxıb.

İdmanxeber.com-un məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının VIII turuna təsadüf edib. Öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi mənfi yubileylə üzləşib. Bu matçadək 203 qarşılaşmada 299 top buraxan sumqayıtlılar 204-cü oyunda üçüncü “yüzlüy”ü qapayıb. Bu isə o deməkdir ki, “Sumqayıt” orta hesabla hər matçda 1,47 top buraxıb. 

Buraxılan 300 qola isə komanda 191 topla cavab verib. Bu 300 topdan 116-sı ev, 184-ü səfər matçında buraxılıb.