reklam
"Atletiko" bu gün Bakıya gəlir, bəs hansı heyətlə?

UEFA Çempionlar Liqasının III turunun görüşləri çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Atletiko" Madrid bu gün ölkəmizə yola düşür.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi 6 saatlıq uçuşdan sonra 4000 km yol qət etdikdən sonra Bakı vaxtı ilə saat 20:00-da Heydər Əliyev adın Beynəlxalq Hava Limanında eniş edəəck.  Baş məşqçi Dieqo Simeone komandasını qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunda sabah son məşqə çıxaracaq.

Oktyabrın 18-də keçiriləcək “Qarabağ” – “Atletiko” görüşü saat 20:00-da başlayacaq. 

Bu arada qonaqların Bakıya gətirdiyi heyət də bəlli olub.

 

Qapıçılar

1 Moya.

13 Oblak

24 Verner

 

Müdafiəçilər

2 Qodin

3 Felipe Luis

15 Saviç

15 Vrsalko

19 Lukas

24 Ximenez

5 Tomas

 

Yarımmüdafiəçilər

6 Koke

8 Saul

10 Karasko

12 Aqusto

14 Qabi

22 Qaitan

 

Hücumçular

7 Qrizman

9 Tores

11 Korrea

12 Qamyero