reklam
Əvvəlcə Qurban Qurbanov, 3 saat sonra Dieqo Simeone

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Atletiko" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, oktyabrın 17-də ilk olaraq"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq.

 
Komandamızın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə saat 17:15-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
 
"Qarabağ"ın oyunöncəsi son məşqini izləmək istəyən media mənsubları üçün Bakı Olimpiya Stadionundan "Azərsun Arena"ya xüsusi avtobus ayrılacaqdır.