reklam

Çempionlar Liqasının 3-cü turunun oyunları çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Atletiko" Madridin futbolçusu Tomas Partey Bakıya uçuş zamanı təyyarədə oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytına danışan qanalı futbolçu "Qarabağ"ı asan rəqib kimi görmədiklərini bildirib:

"Bilirik ki, "Qarabağ"la oyun bizim üçün elə də asan olmayacaq. Bununla belə biz öz yolumuzla gedib çox qol vurmağa və qələbə qazanmağa çalışacağıq. Əsas odu ki, məşqçimizin dediklərini lazımınca yerinə yetirək. Məqsədimiz olduqca çox qol vəziyyətləri yaratmaqdı".

Xatırladaq ki, "Qarabağ" - "Atletiko" görüşü sabah saat 20:00-da start götürəcək.