reklam
<font color=#ff0000>DÇ-2018: </font></strong>Bu gün püşk atılır

DÇ-2018: Bu gün püşk atılır

TARIX /

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyacaq.

4 cüt təşkil edəcək komandalar püşk ərəfəsində iki səbətə bölünüb. FİFA reytinqində daha yüksək pillələrdə olan İsveçrə, İtaliya , Xorvatiya  və Danimarka milliləri səpələnmişlər sırasında yer alıblar. Bu yığmalar Şimali İrlandiya , İsveç , İrlandiya  və Yunanıstan  komandalarından biri ilə görüşəcək.
İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.