reklam

Bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda "Qarabağ" evdə növbəti sınağına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, İspaniya nəhəngi "Atletiko"nu qəbul edən təmsilçimiz qrupda ilk xalını qazanıb. Rəqibindən heç də zəif təsir bağışlamayan Qurban Qurbanovun yetirmələri qolsuz heç-heçəyə nail olaraq tarixində ilk dəfə qrup mərhələsində aktivinə xal yazdırıb.

 

 

18 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur

20:00. "Qarabağ" - "Atletiko" 0:0
Qırmızı vərəqə: Dino Ndlovu, 75 (ikinci sarı)

22:45. "Çelsi" - "Roma"