reklam
"Qarabağ" "Atletiko" matçı öncəsi azarkeşlərini sevindirəcək - <font color=#ff0000>FOTOLAR</font></strong>

"Qarabağ"  Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda  "Atletiko" ilə oyun zamanı forma və atributların satışını təşkil edəcək.

İdmanxeber.com-un klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu məqsədlə bu gün görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) girişində və daxilində ümumilikdə klubun fan-şopunun 7 satış məntəqəsi azarkeşlərin xidmətində olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.