reklam
Dieqo Simeone Qrizmannı "Qarabağ"la görüşə buraxmaya bilər...

"Qarabağ"la qarşılaşacaq "Atletiko"nun əsas hücumçularından sayılan Antuan Qrizmann "Qarabağ"la görüşdə meydana ıxmaya bilər.

İdmanxeber.com-un İspaniya mıtbuatına istinadən verdiyi məlumata görə, buna fransalı forvardın dünən hərarətinin yüksək olması səbəb göstərilib.Bu səbəbdən o, məşqdə də iştirak etməyib. Paytatx təmsilçisinin baş məşqçisi Dieqo Simeone də futbolçunun tam özünü yaxşı hiss etməyini gözləyir və qərarını hələ tam açıqlamayıb. Əgər bu baş verməsə, argentinalı müəxəssis digər alternativlərdən istifadə etməli olacaq. Qrizmann oynamayacağı təqdirdə, onu meydanda Kevin Qameyronun əvəz edəcəyi gözlənilir. Hər şeyə yaxın saatlarda aydınlıq gələcək.


Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu saat 20:00-da başlayacaq.