reklam
Qurban Qurbanov: "Hakim düz eləmədi..."

Qurban Qurbanov: "Hakim düz eləmədi..."

TARIX /

"Bütün oyunçularımı candan təbrik edirəm. Bu ilk xal bizim üçün çox önəmli hadisədi".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Atletiko" ilə görüşdən sonra reallaşan mətbuat konfransında deyib. Oyunu dəyərləndirən təcrübəli mütəxəssisimiz oyunun ağır keçdiyini söyləyib: "Uşaqlar çalışdılar ki, səhvsiz oynasınlar, buna görə də meydanda can qoydular. Sağolsunlar, azarkeşlərimiz də dəstəklərini əsirgəmədilər. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

 

- Əvvəlki oyunlarda "Qarabağ" belə təsir bağışlamadı. Bundan öncəki matçlarda çatıışmayan nə var idi?

- Bilin ki, hansı iş olursa olsun, yeni başlayırsansa, orada həyəcan olmalıdı. Bu gün "Qarabağ2 daha istəkli idi. Bununla belə çatışmayan cəhətlərimiz də var idi. Rəqibə bir neçə qol şansı verdik. Düşünürəm ki, futbolçularımız getdikcə daha faydalı oynayacaqlar.

 

- Matçdan sonra Dino Ndlovu ilə söhbətiniz oldumu? İkinci sarı vərəqəni aldığı epizodla bağlı nə dedi?

- Dino ilə söhbətimiz olmadı. Sadə epizod idi. Məncə, hakim düz qərar qəbul etmədi. Penalti verməsəydi belə, ikinci sarı vərəqəni göstərməməli idi. Ndlovu da çox üzgün idi.