reklam
"Kəpəz"in legionerinin zədəsi ciddidir

"Kəpəz"in legionerinin zədəsi ciddidir

TARIX /

“Kəpəz”in zədəliləri arasında ən ciddi xəsarət alan Samba Diallodur.

İdmanxeber.com-un məlumatına görə, ötən tur “Zirə”yə qarşı oyunda zədələnərək əvəzlənən Samba iki həftəlik sıradan çıxıb. Müayinədən keçən yarımmüdafiəçinin topuq oynağında ikinci dərəcəli burxulma aşkar edilib. “Neftçi” ilə matçı buraxacaq Diallonun X turda “İnter” ilə görüşdə də meydana çıxacağı sual altındadır. Klubun tibbi personalından idmanxeber.com-a verilən məlumata görə, hər şey müalicə prosesinin gedişindən asılı olacaq.