reklam
Bakıda FİFA rəhbər şəxslərinin iştirakı ilə iclas keçiriləcək

Bakıda FİFA İcraedici Futbol Sammiti keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, tədbir noyabrın 21-də baş tutacaq.

Sammitdə FİFA-nın rəhbər şəxslərinin, İcraiyyə Komitəsinin üzvlərinin iştirakı nəzərdə tutulub. Həmçinin FİFA üzvü olan bir sıra milli assosiasiyaların, federasiyaların rəhbərlərinin tədbirə qatılacağı gözlənilir.