reklam
<font color=#ff0000>"Atletiko" - "Qarabağ: </font></strong> biletlər Bakıda da satışa çıxarıldı

Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirəcəyi səfər oyununu canlı izləyə bilərlər.

İdmanxeber.com-un Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, matçı stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər.

Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür.  

Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodur.
 
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.