reklam

UEFA "Roma"nı cəzalandıracaqmı?

TARIX /

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” cəzalandırıla bilər. 

İdmanxeber.com-un məlumatına görə, buna səbəb İtaliya klubunun azarkeşlərinin “Çelsi” ilə səfər matçındakı (3:3) davranışıdı. Belə ki, “Roma”nın fanatları Londondakı qarşılaşmada irqçi şüarlar səsləndiriblər. Onlar “Çelsi”nin müdafiəçisi, 2015-2017-ci illər ərzində “canavarlar”ın formasını geyinmiş Antonio Rudigeri təhqir ediblər. Bu səbəbdən qitənin ali futbol qurumu “Roma”ya inzibati iş açıb.  

Məsələyə UEFA-nın Nizam-İntizam Komitəsinin noyabrın 16-da keçiriləcək iclasında baxılacaq.

Qeyd edək ki, bu komandalar arasındakı ikinci qarşılaşma oktyabrın 31-də Romada baş tutacaq.