reklam
"Kəpəz"in stadionunda son vəziyyət nə yerdədi? - <font color=#ff0000>FOTOLAR</font></strong>

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində sabah "Neftçi"ni qəbul edəcək "Kəpəz"in ev oyununu keçirəcəyi Gəncə şəhər stadinunun meydançasında gedən xırda işlər davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün meydançanın bir hissəsində yağış yağdıqdan sonra sualıarn axıb getməsi üçün yerin bir hissəsi hazırlanıb. Sabah baş tutacaq "Neftçi" - "Kəpəz" matçından sonra isə qalan işlər yekunlaşdırılacaq.

Bundan başqa bazanın içərisindəki işlər də artıq öz həllini tapmaqdadı. Belə ki, futbolçuların rahat yuyunması üçün duş kabinələri və əsasən də qonaq komandanın paltardəyişmə otağındakı təmir işləri demək olar bitmək üzrədi.