reklam
"Qarabağ"la heç-heçəyə üzülmədim" - "Atletiko"nun baş məşqçisi

“Mənim çox güclü və rəqabət olan komandam var. Son 6 il yarımda olduğu kimi mübarizə aparmağa davam edəcəyik. Mövsümün gedişində fərqli vəziyyətlər yarana bilər".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Madrid "Atletiko"sunun  baş məşqçisi Dieqo Simeone deyib.

Argentinalı mütəxəssis komandasının Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda təmsilçimiz "Qarabağ"a qarşı keçirdiyi oyun haqda da danışıb:

"Futbol asan deyil. Biz də hazırda bu vəziyyətdəyik. Nə Bilbaoda qələbə qazananda çox sevindim, nə də Bakıda heç-heçə edəndə üzüldüm. Çünki bunlar üçün vaxt yoxdur. Çalışıb, vəziyyətdən çıxmalıyıq. İnanıram ki, “Atletiko” doğru yolu tapacaq”.