reklam

UEFA Gənclər Liqasında 4-cü tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ”ın U-19 komandası da bu gün növbəti matçını keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda səfərdə Madridin "Atletiko" klubu ilə qarşılaşıb. Görüşün taleyini bir qoll həll edib.Yaroslav Dedanın vurduğu qol komandamızın qələbə qazanmasını təmin edib - 1:0.

Qeyd edək ki, Rəşad Sadıqov əsas komanda ilə oyuna hazırlaşdığından U-19-u meydana “Qarabağ”ın aşağı yaş qruplarının ümumi nəzarətçisi Borçe Xristov çıxarıb.

Qrupun digər matçında "Çelsi" səfərdə "Roma"nı məğlub edib - 2:1.

Gənclər Liqası

18:00. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Yaroslav Deda, 45

Madrid. "Estadio Cerro del Espino”