reklam

19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyev Çexiyada növbəti oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “Slaviya”nın U-21 komandasında çıxış edən futbolçumuz “Slovan”la qarşılaşmada dubl edib. Start heyətdə meydana çıxan 18 yaşlı oyunçu 73 və 86-cə dəqiqədə fərqlənərək komandasının 4:2 hesablı qələbəsində böyük pay sahibi olub.

Qeyd edək ki, “Slaviya” bu nəticədən sonra xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Əlavə edək ki, Fərid Nəbiyev "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.