reklam

Əliyar Ağayev Avstriya - Serbiya matçında

TARIX /

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda noyabrın 10-da keçiriləcək Avstriya – Serbiya oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Idmanxeber,com-un xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.