reklam

UEFA Çempionlar Liqasında 5-ci turun oyunları çərçivəsində Bakı Olimpiya Stadinunda "Çelsi"ni qəbul edəcək "Qarabağ"ın oyununa bilet satışı sürətlə davam edir.

İdmanxeber.com-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov oyuna 14 gün qalmasına baxmayaraq biletlərin əksəriyyətinin satıldığını bildirib: "Bu sürətlə davam edərsə, oyun gününə qədər biletlər tükənəcək. Çünki 45 mindən artıq bilet satılıb. Ümid edirik ki, azarkeş rekordumuz yenilənəcək".