reklam

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Almaniya oyun canlı yayımlanacaq.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, qarşılaşma saat 18:00-da başlayacaq.