reklam

Almaniyanın “Bavariya” klubunun rəhbərliyi komandanın həkimi Folker Braunu postundan uzaqlaşdırıb. İdmanxeber.com-un məlumatına görə, Münhen klubunun onu qovmasına aparıcı futbolçulardan Jerom Boatenq və David Alabaya səhv diaqnoz qoyması səbəb olub. 

“Bild”in iddiasına görə, klub rəhbərliyi komandanın keçmiş həkimi Vilhelm Müller-Volfarta müraciət ünvanlayıb və məlum olub ki, hər iki futbolçuya qoyulan diaqnoz yanlışdır. Məhz bundan sonra Braun istefaya göndərilib.