reklam

Maliyyə pozuntusunda günahkar bilinərək "Kəpəz"in Müşahidə Şurasının üzvü vəzifəsindən uzaqlaşdırılan Mikayıl Nərimanoğlunun əvəzləyicisinin nə zaman Gəncə klubunda öz işinə başlayacağı tarix bəlli olub.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, AFFA-nın baş inzibatçısı, bu yay "Neftçi"dən ayrılan İslam Abbasov gələn həftənin ilk iş günlərində rəsmən ictimayyətə təqdim olunacaq. Belə ki,noyabr ayının 13-ü AFFA-nın Gəncədə keçirdiyi audit yoxlaması başa çatacaq. Bunun ardınca Abbasov Gəncəyə təşrif buyuraraq klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevlə görüşəcək.