reklam

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində Gəncədə baş tutan "Kəpəz" - "Qarabağ" matçı öncəsi meydan sahiblərinin icraçı-direktoru Cabir İbrahimov tərəfindən qonaqların, eyni zamanda millimizin yeni baş məşqçisi Qurban Qurbanova gül bağlaması hədiyyə olunması sosiyal şəbəkələrdə gəncəli azarkeşlər tərəfindən birmənalıq arşılanmadı.

İdmanxeber.com olaraq məsələyə münasibət bilirməsi üçün klubun mətbuat xidmətinin rəhbəri Azad Rəfi ilə əlaqə saxladıq. Klub rəsmisi sosial şəbəkələrdə azarkeşlərin tənqidi ilə rastlaşdığını onların fikirlərinə hörmətlə yanaşdıqlarını söylədi: "Kəpəz" tarixi klubdu və onun böyük azarkeş ordusu var. "Kəpəz" bütün Gəncədə sevilir və bizi sağlam tənqid edənlərin hər zaman fikirlərinə hörmətlə yanaşırıq. Bəzi tərəfdarlarımız düşünür ki, "Kəpəz" nə üçün digər Azərbaycan klubu olan "Qarabağ"ın baş məşqçisinə gül buketi hədiyyə etsin? Bu peşəkarlıqdan uzaqdı, filan... Əvvəla deyim ki, Cabir müəllim o gül buketini "Kəpəz" komandasının, o cümlədən bütün Gəncə fubolunun azarkeşləri adından Qurban Qurbanova hədiyyə etdi. "Qarabağ"ın baş məşqçisi kimi yox, milli komandamıza yeni təyin olunan çalışdırıcı kimi. Biz ona işlərində uğurlar arzu etdik. Həmin Qurban Qurbanova ki, "Kəpəz" onun sayəsində Avropa Liqasına vəsiqə qazandı. Heyətimizin kəsad vaxtı Qurbanov 3 futbolçusunu (Namiq Ələsgərov, Şəhriyar Əliyev, Tərlan Quliyev) bizə təmənnasız olaraq icarəyə verdi. Bizim Avroliqaya yollanmağımızda bu 3 futbolçuların əməyi böyük idi. Avropa Liqasının oyunlarına hazırlaşdığımız vaxtda, pulumuz-paramız yox idi. "Qarabağ" futbol klubu təmənnasız olaraq öz bazasını bizə açdı ki, oyunlarınıza hazırlaşın. Bakıda bu dəqiqə normal bazada məşq etmək üçün az 300, 400 manat pul olmalıdı. Dəfələrlə olub ki, biz məşq etmişik, "Qarabağ" tərəfi gözləyib ki, idmanımızı yekunlaşdıraq, daha sonra özləri girsin. Məşqlərdən sonra Qurban Qurbanovun tapşırığı ilə şirniyyatlı, meyvəli stol açılırdı ki, ən azı 150 manat dəyərində. İndi deyirsiz, biz 30 manatlıq buketi Qurban Qurbanovdan əsirgəyək? O, Gəncə futbolunu və Gəncə azarkeşlərini sevən bir insandı",