reklam

"Çelsi"də ciddi itki

TARIX /

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi”nin futbolçusu Mişi Batşuayi sıradan çıxıb. 

İdmanxeber.com-un məlumatına görə, Belçika millisinin də şərəfini qoruyan futbolçu məhz bu komandanın düşərgəsindəki məşq zamanı ayağından zədələnib.

Bu üzdən 24 yaşlı hücumçu millinin düşərgəsini tərk edib. Batşuayinin bu gün Meksika, noyabrın 14-də isə Yaponiya ilə yoldaşlıq oyununda Belçika yığmasını kömək etməyəcəyi bildirilir. Onun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında 5-ci turunda noyabrın 22-də Bakıda “Qarabağ”ın qonağı olacaq. İstisna deyil ki, Batşuayi həmin görüşdə də meydana çıxa bilməsin.