reklam

"Xəmsə" fan-klubu "Facebook"dakı səhifəsində azarkeşi olduğu "Kəpəz" üçün aksiyaya başlayır. 

İdmanxeber.com-un məlumatına görə, Gəncənin azarkeş qrupu uzun müddətdir müşahidə etdiyi, amma dəyişiklik görmədiyi bir məsələni gündəmə gətirməyi bir fan-klub olaraq özümüzə borc bilib: "Demək ki, Premyer Liqaya qayıtdığı ildə "Kəpəz"ə ayrılmış avtobusa vurulmuş üzlük yararsız hala düşdüyünü, rənginin solduğunu və qopan hissələrin skotçlandığını görüb keçə bilmədiyimiz üçün #biziYoxSkotçuDəyişin aksiyasına start veririk. İnanırıq ki, növbəti tura kimi komandamız 300-400 manat ayırıb bu məsələni həll etmiş olar. Yox, əgər alınmasa, bir fan-klub olaraq bu məbləğin yığılması üçün yardım etməyə hazırıq.Səhifəmizi izləyənlərdən bu məsələnin ictimailəşməsi üçün , #biziYoxSkotçuDəyişin başlığı ilə bu postu paylaşmasını xahiş edirik".