reklam

Dino Ndlovuya yenə şans verilmədi

TARIX /

Bu gün Afrika zonası üzrə DÇ-2018-in seçmə mərhələsində 5-ci turun oyunları keçirilib.

Idmanxeber.com-un məlumatına görə, "Qarabağ"ın hücumçusu Dino Ndlovunun çıxış etdiyi Cənubi Afrika Respublikası millisi öz meydanında Seneqalı qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

D.Ndlovu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, CAR millisi Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunda sonuncu yerdədir.